Fon yüklənir...

Güclü külək Ağstafada fəsadlar törədib

Güclü külək Ağstafada fəsadlar törədib

Ağstafa. 22 aprel. / Günorta saatlarından əsməyə başlayan güclü külək Ağstafa rayonunda fəsadlar törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun kəndlərində, əsasən də Poyluda bəzi evlərin dam örtüyü qismən dağılıb, elektrik naqilləri sıradan çıxıb və enerjinin verilişi 3 saata yaxın dayandırılıb.

Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda elektrik təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə enerjinin verilişi bərpa olunub. Küləyin sürətinin isə hazırda azaldığı bildirilir.

Ölkənin Qərb bölgəsində güclü külək bir neçə gündür davam edir. Hazırda Qazax, Tovuz, Daşkəsən və Şəmkir rayonlarında küləkli hava müşahidə olunur.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam