Fon yüklənir...
Загрузка...

Şimali Koreyanın vitse-marşalı: “Müharibəyə müharibə, nüvə savaşına nüvə savaşı ilə cavab verməyə hazırıq”

Загрузка...
Şimali Koreyanın vitse-marşalı: “Müharibəyə müharibə, nüvə savaşına nüvə savaşı ilə cavab verməyə hazırıq”

Bakı. 15 aprel. / “Biz müharibəyə müharibə, nüvə savaşına nüvə savaşı ilə cavab verməyə hazırıq”.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Şimali Koreya Xalq Ordusunun vitse-marşalı Çxve Ryon He Koreya Xalq Demokratik Respublikasının qurucusu Kim İr Senin anadan olmasının 105-ci ildönümünə həsr edilən hərbi paraddakı çıxışında bildirib.

İnformasiyaya əsasən, paradda Kim İr Senin nəvəsi ölkənin indiki lideri Kim Çen Inla yanaşı Dövlət Təhlükəsizlik İdarəsinin başçısı Kim Von Xon da iştirak edib. Bir müdət əvvəl xarici KİV Kim Von Xonun repressiyaya məruz qaldığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, bu günlərdə ölkənin xarici işlər nazirinin müavini Xan Son Ryol “Associated press”ə müsahibəsində yarımadada yaranan gərginliyə görə ABŞ-ın məsuliyyət daşıdğını və Şimali Koreyanın bölgədəki Amerika qüvvələrinə “qabaqlayıcı zərbələr” endirməyə hazır olduğunu bildirmişdi. 

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...