Fon yüklənir...
Загрузка...

Tbilisidə QDİƏT Parlament Məclisinin komitə iclası keçirilir

Загрузка...
Tbilisidə QDİƏT Parlament Məclisinin komitə iclası keçirilir

Tbilisi. 11 aprel. / Bu gün Tbilisidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclası öz işinə başlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbiri Yunanıstan nümayəndə heyətinin rəhbəri, komitə sədrinin müavini Sofiya Vultepsi açıb. O deyib ki, bu gün dünyada ənənəvi enerji resursları azalır, alternativ enerjiyə isə tələbat artır. Yaxın illərdə dünya ölkələrinin əksəriyyəti alternativ enerji mənbələrindən istifadə edəcəklər. Komitə iclasında da əsasən enerji resurslarından səmərəli istifadə, alternativ enerji hasilatı və istifadəsi ilə əlaqəli layihələrin hazırlanması, reallaşdırılması, bioenerjidən istifadə, bu sahədə beynəlxalq təcrübə və s. məsələlər müzakirə olunacaq.

Gürcüstan parlamentinin aqrar siyasət komitəsinin sədri Otar Daneliya, Gürcüstanın energetika nazirinin müavini Mariam Beliaşvili və başqaları çıxış edərək müzakirə olunacaq məsələlərlə bağlı fikirlərini bölüşüblər.

QDİƏT PM-in baş katibi Asəf Hacıyev çıxışında regionda və dünyada gedən proseslərə toxunub, enerji təhlükəsizliyi, alternativ enerjidən istifadə və s. məsələlər barədə məlumat verib.

Toplantıda Azərbaycan nümayəndə heyətinin üzvü Əflatun Amaşov quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı mövzusunda məruzə ilə çıxış edəcək.

Tədbirdə habelə QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

İclasda təşkilati məsələlərə də baxılacaq, komitə sədrinin müavini seçiləcək, qərar və təkliflər qəbul olunacaq.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib. 

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...