Fon yüklənir...
Загрузка...

Şəmkirdə iki maşın toqquşub, sürücülər xəsarət alıb

Загрузка...
Şəmkirdə iki maşın toqquşub, sürücülər xəsarət alıb

Şəmkir. 21 mart. / Axşam saatlarında Şəmkirin Dəllər qəsəbəsində baş vermiş yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü yerli sakin Mustafayev Elməddin Anar oğlunun idarə etdiyi "VAZ-21015" markalı avtomobil idarəetmədən çıxaraq "VAZ-2108"ə çırpılıb.

Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən Mustafayevin vəziyyəti orta-ağırdır. Digər sürücünün isə aldığı xəsarət yüngül olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...