Fon yüklənir...

Gəncədə iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Gəncə. 4 mart. / Gəncə şəhərində bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində "Ford" markalı avtomobil ilə "VAZ -2106"nın toqquşması nəticəsində baş verib.

Qəza zamanı "VAZ" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisənin baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam