Fon yüklənir...

Azərbaycan məhsulları "Lulu" marketlər şəbəkəsində satılacaq

Azərbaycan məhsulları

Bakı. 3 mart. / Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” beynəlxalq ərzaq sərgisində vahid “Made in Azerbaijan” ölkə stendi altında məhsullarını təqdim edən yerli şirkətlərimiz “Lulu” marketlər şəbəkəsinin rəhbərləri ilə görüşüblər. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən xəbər verilib. 

Görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların “Lulu” marketlər şəbəkəsində satışı barədə geniş fikir mübadiləsi aparılıb. 

Görüşün uğurlu nəticəsi olaraq “Lulu” marketlər şəbəkəsinin Körfəz regionunda yerləşən bütün mağazalarında Azərbaycan məhsullarının satışının həyata keçirilməsi istiqamətində razılıq əldə olunub.

Qeyd edək ki, “Lulu” marketlər şəbəkəsi Körfəz regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə BƏƏ, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam