Fon yüklənir...

Gəncədə yol qəzası baş verib: xəsarət alanlar var

Gəncədə yol qəzası baş verib: xəsarət alanlar var

Gəncə. 20 fevral. / Gəncə şəhərində işıqforun qırmızı işığından keçən avtomobil qəza yaradıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, şəhərin Nizami Gəncəvi Prospektində baş verib.

Belə ki, işıqforun qırmızı işığından keçən "Mercedes" markalı avtomobil hərəkətdə olan "QAZ-3110" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb. Eyni zamanda hadisə zamanı avtomobillərə də ciddi ziyan dəyib.

Faktla əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam