Fon yüklənir...

Vergilər Nazirliyi: Ofşor zonalara köçülürlən pullara görə 24% vergi tutulacaq

Vergilər Nazirliyi: Ofşor zonalara köçülürlən pullara görə 24% vergi tutulacaq

Bakı. 17 fevral. / "Ofşor zonalarda olan ölkələrə köçürülən pullara görə, ödəmə mənbəyindən 14% vergi ilə yanaşı əlavə olaraq 10% vergi tutulur". "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.

N.İmanov qeyd edib ki, bu, həmin ərazilərdə olan şirkətlərin məlumatlarının tam açıqlanmaması ilə bağlıdır: "Bilirsiniz ki, "vergi cənnətləri" adlanan bu ölkələrdə fəaliyyət göstərən şirkətlər haqqında məlumatların açıqlanması qanunla qadağan edilib. Ola bilsin ki, buradakı hansısa şirkətlər "çirkli pullar"ın yuyulması ilə məşğuldur. Ona görə də həmin ölkələrə pul köçürərkən ehtiyatlı olmaq lazımdır".

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam