Fon yüklənir...

ABŞ-da qadın müəllim insanları adam öldürməyə çağırıb

ABŞ-da qadın müəllim insanları adam öldürməyə çağırıb

Bakı. 5 fevral. / Birləşmiş Ştatlarda prezident Donald Tramp əleyhinə keçirilmiş mitinqlərdən birində ibtidai sinif müəllimi nümayişçiləri insanları qətlə yetirməyə çağırıb.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, qadın Ağ ev administrasiyası üzvlərini və şəxsən prezidenti öldürmək lazım olduğunu bildirib.

Nəticədə müəllim hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

"Biz də gərək insanları öldürək. İlk növbədə, biz Ağ evdən başlamalıyıq", - deyə qadın bildirib.

O, çıxışı zamanı Ağ ev və Donald Trampa qarşı senzuradan kənar ifadələr işlədib.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam