Fon yüklənir...

Azərbaycan gömrükçüləri 10 min ədəd siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 10 min ədəd siqaret aşkar edib

Bakı. 2 fevral. / Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı avtomobilin təkərlərinin içərisində gömrük nəzarətindən gizlədilən 10 min ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam