Fon yüklənir...

Donald Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb

Donald Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb

Bakı. 27 yanvar. / ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Politico" nəşrinin köşə yazarı Syuzen Qlasser bir neçə mənbəyə əsaslanaraq "Twitter" hesabında yazıb.

O yazıb ki,  bir neçə mənbə sanksiyaların birtərəfli qaydada götürüləcəyin məlumat verib.

Eyni zamanda, "Atlantic Council" (ABŞ) Analitik Mərkəzinin böyük elmi işçisi Fabris Potye də mənbələrə istinadən bu barədə "Twitter" hesabında qeyd edib.

"Mənbələr prezidentin Rusiyaya qarşı sanksiyaların qaldırılması üzrə fərmanının hazır olduğunu bildirib" - o yazıb.

Kremldə isə bu məlumatlardan xəbərdar olmadıqlarını söyləyiblər.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam