Fon yüklənir...

Donald Tramp Meksika prezidenti ilə görüşmək niyyətindədir

Donald Tramp Meksika prezidenti ilə görüşmək niyyətindədir

Bakı. 31 avqust. / Antiimmiqrant baxışları ilə tanınan ABŞ prezidentliyinə namizəd Donald Tramp Meksika prezidenti Enrike Penya Nyeto ilə görüşməyi planlaşdırır.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

"Prezident Enrike Penya Nyetonun dəvətini qəbul etdim və onunla görüşü səbirsizliklə gözləyirəm", - deyə D.Tramp "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, D.Tramp seçki kampaniyasının əvvəlində ilk olaraq Meksikadan qanunsuz immiqrasiya məsələsini müzakirəyə çıxarmışdı. Özü də o, bu ölkəni ABŞ-a narkotik tacirləri və təcavüzkarları göndərməkdə ittiham etmişdi.

Elə həmin vaxt Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan D.Tramp hökuməti ABŞ-da yaşayan 11 milyon qanunsuz miqrantı kütləvi şəkildə deportasiya etməyə çağırmışdı. Lakin son illərdə o, bu barədə heç bir söz deməyib.

Qeyd edək ki, D.Trampın proqramının bəndlərindən biri də Meksika və ABŞ sərhədində Meksikanın vəsaiti hesabına divar ucaldılmasıdır.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam