Fon yüklənir...
Загрузка...

Xəzərin Azərbaycana mənsub olan bölməsinin sahilboyu zolağının qrafik təsviri təsdiqlənib

Загрузка...
Xəzərin Azərbaycana mənsub olan bölməsinin sahilboyu zolağının qrafik təsviri təsdiqlənib

Bakı. 31 avqust. / Nazirlər Kabineti Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri”nin təsdiq edilməsi haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, qərarı baş nazir Artur Rəsizadə imzalayıb.

Qərarda bildirilir:

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2016-cı il 1 aprel vəziyyətinə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının qrafik təsviri” təsdiq edilsin.

2. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının qrafik təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 23 oktyabr tarixli 137 nömrəli qərarı ləğv edilsin.

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...