Fon yüklənir...
Загрузка...

Səlim Müslümovun qəbul vaxtı dəyişdirilib

Загрузка...
Səlim Müslümovun qəbul vaxtı dəyişdirilib

Bakı. 25 avqust. / Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Daşkəsən rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, qəbulun vaxtı avqustun 30-dan avqustun 29-na keçirilib.

S.Müslümov həmin gün saat 10:00-da Daşkəsən rayonunda bu rayonun, eləcə də Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin info@mlspp.gov.az elektron poçt ünvanı, Daşkəsən rayonu üzrə (022) 305-33-47, Gəncə şəhəri, Samux, Göygöl, Kəlbəcər rayonları üzrə (022) 256-74-94 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciətləri araşdırılaraq cavablandırılacaq və müvafiq tədbirlər görüləcək.

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...