Fon yüklənir...
Загрузка...

​ABŞ-da nasaz təyyarə təcili eniş edib, 6 nəfər xəsarət alıb

Загрузка...
​ABŞ-da nasaz təyyarə təcili eniş edib, 6 nəfər xəsarət alıb

Bakı. 13 avqust. / ABŞ-ın Orlando şəhərindən Latrob şəhərinə doğru uçan "Spirit Airlines" aviakompaniyasına məxsus təyyarə cəmi 1 saat sonra texniki nasazlıq səbəbindən təcili eniş edib.

"Report"un məlumatına görə, bu barədə "Orlando Sentinel" nəşrinə hava limanının nümayəndəsi Karolin Fennel xəbər verib. 

Nəşrin məlumatında bildirilir ki, təyyarənin vaxtsız enişinə səbəb kabinədə yaranmış tüstülənmə olub. Təyyarə yerə sağ-salamat ensə də, 7 nəfər tibbi yardıma müraciət edib. Onlardan 6-ı xəstəxanaya yerləşdirilib.

Tüstülənmə səbəbindən ekipaj üzvlərinin hamısı nəfəs almaqda çətinlik çəkiblər. Hadisə zamanı təyyarədə 179 sərnişin olub.

Tüstülənmənin başvermə səbəbləri hələlik aydın deyil. Hadisə ilə bağlı araşdırma aparılır.  

Загрузка...
loading...
Загрузка...