Fon yüklənir...

QHT əqli və fiziki qüsurlu uşaqları təhsilə cəlb edir - FOTO

QHT əqli və fiziki qüsurlu uşaqları təhsilə cəlb edir -   FOTO

“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Biriliyi mentor müəllimlərin hazırlanması ilə bağlı layihənin icrasını davam etdirir. 

Layihə  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə  Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Biriliyinin rəhbəri İradə Nəsriovanın saytımıza verdiyi məlumata görə,  “Əqli və fiziki qüsurlu uşaqların məktəbəqədər təhsil fəaliyyətinə cəlb olunması ” layihəsi  Saatlı, Sabirabad və İmişli rayonlarında həyata keçirilir: 

“Layihə çərçivəsində bu rayonlarda geniş maarifləndirmə işləri aparılır, dərslər keçirilir. Müəllimlər, valideyinlər, ictimai fəallarla görüşlər təşkil edilir. Layihənin əsas məqsədi əqli və fiziki qüsurlu uşaqların məktəbəqədər təhsil almasına yardımçı olmaqdan ibarətdir. Layihənin həyata keçirilməsində yerli bələdiyyələr, icra nümayəndələri və məktəb rəhbərləri QHT-yə hər cür dəstək göstərirlər. Hal hazırda layihə çərçivəsində azyaşlı uşaqlar üçün xüsusi təlim proqramı çərçivəsində dərslər başlanmışdır. Dərslər Təhsil Nazirliyinin təsdiq etdiyi məktəbəqədər hazırlıq təhsil proqramı əsasında həyata keçirilir.  Layihənin əsas təlimçi müəllimi Saatli rayon Hacıqasımlı kənd orta məktəbinin müəllimi Aynur Qarayevadı”. 

Bu yaxınlarda layihə çərçivəsində çalışan ekspert, təlimçi və könüllü müəllimlərlə görüş olub. Görüşdə layihənin eksperti Ramil Süleymanov layihə haqda məlumat verib. Ekspert qeyd edib ki, bu, Azərbaycanda fiziki cəhətdən qüsürlu uşaqlar üçün keçirilən ilk layihədir. Layihənin icrası üçün seçilən müəllimlər bu sahə ilə bağlı xüsusi bilgilərə sahibdilər. Bu müəllimlərə 3 gün ərzində Saatlı rayon Diyarşunaslıq və Tarix muzeyində təlim keçirilib. Saatlı rayon icra hakimiyyətinin başçısı təlimlərin keçirilməsinə böyük dəstək verib. Layihə çərçivəsində ilk dəfə olaraq, Azərbaycanda xüsusi təlim modulu əsasında 9 müəllim hazırlanmışdır.  

Qaynarinfo.Az
QHT əqli və fiziki qüsurlu uşaqları təhsilə cəlb edir -   FOTO

QHT əqli və fiziki qüsurlu uşaqları təhsilə cəlb edir -   FOTO

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam