Fon yüklənir...

Mahaçqalada partlayış olub, 13 nəfər xəsarət alıb

Mahaçqalada partlayış olub, 13 nəfər xəsarət alıb

Bakı. 1 avqust. / Mahaçqalada "Layli" ziyafət zalında partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, partlayış zamanı 13 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Partlayış ziyafət zalının zirzəmisində baş verib, zərərçəkənlər isə mətbəxdə işləyən qadınlar olublar.

Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam