Fon yüklənir...
Загрузка...

​Bu gün "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxacaq

Загрузка...
​Bu gün

Bakı. 26 iyul. / Bu gün Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

"Report" xəbər verir ki, komandanın rəqibi Çexiyanın "Viktoriya" klubu olacaq.

Komandalar arasında ilk matç saat 21:15-də Plzen şəhərinin "Dusan Arena" stadionunda keçiriləcək.

Görüşün hakimi makedoniyalı Aleksandar Stavrevdir.

"Qarabağ" və "Viktoriya" arasında statistikaya gəldikdə isə, bu iki komanda rəsmi oyunlarda indiyə qədər üz-üzə gəlməyib. Lakin Azərbaycanın futbol azarkeşləri iki oyunun nəticəsinə görə "Qarabağ"ın mərhələ adlayacağına böyük ümidlər bəsləyirlər.

"Qarabağ" "Viktoriya" ilə cavab matçını 1 həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...