Fon yüklənir...
Загрузка...

​Türkiyədə dəhşətli faciə: yol qəzasında bir ailənin 7 üzvü ölüb

Загрузка...
​Türkiyədə dəhşətli faciə: yol qəzasında bir ailənin 7 üzvü ölüb

Bakı. 25 iyul. / Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda baş vermiş ağır yol qəzası nəticəsində bir ailənin 7 üzvü dünyasını dəyişib.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə Şanlıurfa-Suruç yolunun 30 kilometrliyində, 50 yaşlı Ömər Kaya ailə üzvləri ilə birlikdə oğlu Halil Kayanın toy mərasimindən evinə qayıdarkən baş verib.

Belə ki, Ömər Kayanın idarə etdiyi avtomobil qarşıdan gələn yük avtomobili ilə toqquşub. Qəza yerinə çoxlu sayda təcili yardım maşını göndərilib.

Lakin buna baxmayaraq sürücü, həyat yoldaşı Zeliha, övladları Aişə, Bünyamin, Receb, İbrahim və Osman hadisə yerindəcə ölüblər. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...