Fon yüklənir...

​Almaniyanın Ansbax şəhərində baş vermiş partlayış zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb

​Almaniyanın Ansbax şəhərində baş vermiş partlayış zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Bakı. 25 iyul. / Almaniyanın Ansbax şəhərində partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Nord Bayern" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, restoranda baş vermiş hadisə zamanı 1 nəfər ölüb, on nəfər ağır xəsarət alıb.

Hələlik hadisənin hansı səbəblərdən baş verdiyi məlum deyil. Bir sıra mətbu orqanlar partlayışın qaz sızması ilə əlaqədar olduğunu xəbər versələr də, məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Şəhərin mərkəzi hissəsi qismən mühasirəyə alınıb. Əraziyə xüsusi təyinatlı polis dəstəsi cəlb edilib. 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam