Fon yüklənir...

​Gəncənin yol polisinin Hacıkənddə keçirdiyi reyd zamanı qaydaları pozan 22 sürücü aşkarlanıb

​Gəncənin yol polisinin Hacıkənddə keçirdiyi reyd zamanı qaydaları pozan 22 sürücü aşkarlanıb

Bakı. 24 iyul. / Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün axşam Hacıkənd qəsəbəsində növbəti reyd keçirib.

"Report"un Gəncə bürosunun verdiyi xəbərə görə, reyd zamanı 7 sürücünün avtomobili sərxoş vəziyyətdə aşkar etməsi, 5 sürücünün isə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi faktı aşkarlanıb. Reyd zamanı həmçinin 10 avtomobilin texniki baxışdan keçməməsi müəyyən olunub.

Qaydaları pozmuş sürücülərin nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəis müavini Elşad Nəbiyevin verdiyi məlumata görə, bu cür profilaktik reydlər istirahət zonalarında bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam