Fon yüklənir...
Загрузка...

"Viktoriya" - "Qarabağ" matçının hakimləriı açıqlandı

Загрузка...

Azərbaycan çempionu "Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Viktoriya” ilə keçirəcəyi ilk oyunun hakimləri məlum olub. Sport7.az xəbər verir ki, "Dusan Arena”da baş tutacaq qarşılaşmada makedoniyalı hakimlər briqadası iş başında olacaq.
 
Baş hakim Aleksandar Stavrevə həmyerliləri Maryan Kirovski və Deyan Kostadinov kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Dimitar Mekarovski olacaq.
 
Hakimlərin işinə uelsli Raymond Ellingem qiymət verəcək. Görüşün UEFA nümayəndəsi funksiyasını isə rumıniyalı İonel Piskanu yerinə yetirəcək.
 
Qeyd edək ki, "Viktoriya” - "Qarabağ" matçı iyulun 26-da, Bakı vaxtı ilə 22:15-də start götürəcək.
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...