< Fon yüklənir...

Yohannes Han: "Gürcüstan oktyabradək Aİ ilə vizasız rejimə keçəcək"

Yohannes Han:

Bakı. 14 iyul. / "Gürcüstan vətəndaşlarına Avropa İttifaqı ölkələrinə gediş zamanı vizasız rejiminin tətbiqi prosesi bu ilin oktyabr ayına qədər başa çatacaq".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Batumidə keçirilən "Gürcüstanın Avropa yolu - sabitlik, inkişaf və müxtəliflik" beynəlxalq konfransında çıxışı zamanı deyib.

Xatırladaq ki, Avropa Komissiyası ötən il dekabrın 18-də Aİ Şurasına Gürcüstan və Ukrayna ilə vizasız rejiminin tətbiqinin mümkünlüyünün təcili şəkildə yoxlanılmasını məsləhət görmüşdü.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam