Fon yüklənir...

Bakıda Xəzər dənizinin ətraf mühitinin müdafiəsinə dair konfrans keçiriləcək

Bakıda Xəzər dənizinin ətraf mühitinin müdafiəsinə dair konfrans keçiriləcək

Bakı. 13 iyul. / Bakıda Xəzər dənizinin ətraf mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransı keçiriləcək.

“Report”un məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Astanada keçirilən görüşündə deyib.

Nazirin sözlərinə görə, əsas məqsədlərdən biri Çərçivə Konvensiyasının daimi Katibliyinin açılması olacaq.

O qeyd edib ki, Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı saziş layihəsini hazırlayıb və həmin layihəni bütün Xəzəryanı ölkələrə baxılması üçün təqdim edib: "Biz Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşürük və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıyıq".

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam