Fon yüklənir...

​“Bank Standard”a yeni baş direktor təyin olunub

​“Bank Standard”a yeni baş direktor təyin olunub

Bakı. 12 iyul. / “Bank Standard”ın müvəqqəti inzibatçısı tərəfindən Xalid Əhədov banka baş direktor təyin olunub. 

"Report"un Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi xəbərə görə, artıq Xalid Əhədov “Bank Standard”ın kollektivinə təqdim edilib.

X.Əhədov 2002-ci ildən bank sektorunda fəaliyyətə başlayıb, “Bank of Baku” və “Unibank”-da rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, ”Bank Standard” KB-da yaranmış maliyyə problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib, kritik likvidlik çatışmazlığı ilə əlaqədar sosial xarakterli ödənişlər istisna olmaqla bankın digər öhdəliklərinin ödənişinə 4 iyul 2016-cı il tarixinədək moratorium tətbiq olunub.

Bankın sistem əhəmiyyətini nəzərə alaraq, 4 iyul 2016-cı ildə onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub.

Sanasiya proqramı çərçivəsində, X.Əhədov bankın İdarə Heyətinin sədri səlahiyyətlərini icra edərək. Avqustun 3-də “Bank Standard” KB-nın idarəetmə orqanlarını formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam