Fon yüklənir...

​"Bank VTB (Azerbaijan)"ın rəhbərliyində dəyişiklik olub

​

Bakı. 12 iyul. / "Bank VTB (Azerbaijan)" ASC-nin İdarə Heyətində (İH) dəyişiklik olub. Bankdan "Report"a verilən məlumata görə, İH-nin üzvü Tural Eldəniz oğlu Vəliyev vəzifəsindən azad edilib.

Onun işdən kənarlaşdırılmasına səbəb kimi bankın strategiyasının dəyişməsi göstərilir. Belə ki, "Bank VTB (Azerbaijan)"da T.Vəliyevin kurasiyasında olan pərakəndə biznesin inkişafı istiqaməti (həm də eyni adlı departament) ləğv edilib, buna görə də, avtomatik olaraq onunla bağlanmış əmək müqaviləsinin müddəti artırılmayıb.

Xatırladaq ki, 30 sentyabr 2015-ci il tarixindən "Bank VTB (Azerbaijan)"nın İH-nin üzvüdür. O, Bankda 2009-cu ildən işləyir.

"Bank VTB (Azerbaijan)" Rusiyanın "VTB Bank" ASC-nin törəməsidir. Onun səhmdarları "VTB Bank" ASC (51%), “AtaHolding” ASC (48,99%) və 1 fiziki şəxsdir (0,01%).  

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam