Fon yüklənir...

​İtaliyada baş vermiş partlayışda 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb

​İtaliyada baş vermiş partlayışda 3 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb

Bakı. 7 iyul. / İtaliyada yaşayış evində baş vermiş partlayışda 3 nəfər ölüb. "Report" xəbər verir ki, hadisə ölkənin cənubundakı Lavello şəhərinin mərkəzində qeydə alınıb.

Partlayış zamanı daha iki nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. 

Partlayış nəticəsində şəhərin mərkəzindəki tarixi binanın damı uçub.

Hazırda hadisə yerində yanğınsöndürənlər və polis işləyir. 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam