Fon yüklənir...
Загрузка...

​Azərbaycan-Fransa regionlararası əməkdaşlığı genişlənir

Загрузка...
​Azərbaycan-Fransa regionlararası əməkdaşlığı genişlənir

Bakı. 30 iyun. / İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For ilə görüşüb.

"Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə Şahin Mustafayev Azərbaycan və Fransa arasında əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin mühüm əhəmiyyətini vurğulayıb, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin genişlənməsində regionlararası əməkdaşlığın xüsusi rolunu qeyd edib: "Hazırda Azərbaycanın 13 şəhəri ilə Fransanın 11 şəhəri və 1 vilayəti fəal əməkdaşlıq edir. Bu baxımdan, Gəncədə keçirilən beynəlxalq üzüm və şərab festivalları, ötən il Parisdə təşkil olunmuş qida və kənd təsərrüfatı məhsullarının sərgisi, biznes forumlar önəmlidir." 

Qeyd edilib ki, regionlararası əməkdaşlığın genişləndirilməsi həmçinin, mədəniyyətlərin təbliğinə, xalqların bir-birini tanımasına böyük töhfə verə bilər. Görüşdə regionlararası əməkdaşlığın əlaqələndirilməsi məqsədilə Azərbaycanla Fransa arasında Regionlararası İdarəetmə Komitəsinin yaradılması məsələsi müzakirə edilib.

Azərbaycana ilk dəfə səfər Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyanın Baş katibi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran For ikitərəfli əlaqələrin, o cümlədən regionlararası əməkdaşlığın genişlənməsi üçün ölkələrin potensialını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. 

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...