Fon yüklənir...
Загрузка...

Sinqapur hava limanında eniş zamanı "Boeing 777" alovlanıb

Загрузка...
Sinqapur hava limanında eniş zamanı

Bakı. 27 iyun. / "Singapore Airlines" aviaşirkətinə məxsus "Boeing 777" sərnişin təyyarəsi mühərrikində yaranan problemlər səbəbindən qayıtmağa məcbur olduğu Çanqi hava limanında təcili eniş zamanı alovlanıb.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir. 

Təyyarədə olan 222 sərnişin və 19 ekipaj üzvü hadisə nəticəsində xəsarət almayıb. Alovlanan mühərrik Sinqapur hava limanının fövqəladə xidmət əməkdaşları tərəfindən söndürülüb.

"Singapore Airlines" aviaşirkətinin təyyarəsi səhər tezdən Sinqapurdan Milana uçub, lakin iki saatdan sonra heyət üzvləri mühərrikdə baş verən nasazlıqdan xəbər tutub və havaya qalxdıqları hava limanına geri qayıtmaq qərarına gəlib. 

Загрузка...
loading...
Загрузка...