Fon yüklənir...
Загрузка...

İran-Azərbaycan sərhədində daha bir zəlzələ olub

Загрузка...
İran-Azərbaycan sərhədində daha bir zəlzələ olub

Bakı. 22 iyun. / İran-Azərbaycan sərhədində daha bir zəlzələ olub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Xəbərə görə, iyunun 22-də yerli vaxtla axşam saat 20:56-da Naxçıvandan 86 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.

Yeraltı təkanın maqnitudası 4.6, dərinliyi 2 kilometr olub.

Qeyd edək ki, ilk zəlzələ iyunun 22-i yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb. Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub. Yeraltı təkanın maqnitudası 4.6, dərinliyi 5 kilometr olub. Tehran Universiteti nəzdində Geofizika İnstitutunun yaydığı məlumata görə, zəlzələ  4,3 bal gücündə olub.

Загрузка...
loading...
Загрузка...