Fon yüklənir...
Загрузка...

AzTU tələbələrinin ali məktəbə 300 min manat borcu var

Загрузка...
AzTU tələbələrinin ali məktəbə 300 min manat borcu var

Bakı. 22 iyun. / Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin bu təhsil ocağına 300 min manat borcu var.

"Report"un xəbərinə görə, bu barədə universitetin rektoru, professor Havar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu ilin yanvar ayında ödənişini ödəyə bilməyən tələbələr imtahan sessiyasına buraxılsa da, hazırda tədris ilinin sonu olduğu üçün qaydalar bir qədər sərtləşdirilib: "Biz özümüz-özümüzü maliyyələşdiririk. AzTU-da tələbələrin 37 faizi dövlət sifarişi ilə təhsil alır. Qalan 63 faiz tələbə öz hesabına oxuyur. Onlar təhsil haqqını ödəmədikdə müəllimlərin əmək haqqının verilməsində problemlər yaranır".

Qeyd edək ki, AzTU-da 9 600 tələbə təhsil alır. 

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...