Fon yüklənir...

​"Bank VTB (Azerbaijan)"da yeni təyinat olub

​

Bakı. 22 iyun. / "Bank VTB (Azerbaijan)" ASC-nin İdarə Heyətinə yeni üzv təyin edilib. Bankdan "Report"a verilən məlumata görə, söhbət Vadim Zinovyevdən gedir.

O, həm də "Bank VTB (Azerbaijan)"ın Risklər və monitorinq Departamentinin direktoru vəzifəsində çalışır, risklərin idarə olunması və problemli kreditlərə cavabdehdir.

V.Zinovyev Sankt-Peterburq Dövlət Mühəndis İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bitirib, idarəetmə kadrlarının yenidən hazırlanması üzrə prezident proqramının məzunu olub. Onun bank sahəsində, o cümlədən rəhbər vəzifələrdə böyük iş təcrübəsi var.

V. Zinovyev "VTB" qrupunda 2013-cü ilin yanvarından, "Moskva Bankı"nda kredit əqdlərinin monitorinqi istiqamətinə rəhbərlik etməklə çalışmağa başlayıb.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" Rusiyanın "Bank VTB" ASC-nin törəmə bankıdır. Onun səhmdarları "Bank VTB" ilə yanaşı Azərbaycanın "AtaHolding" ASC-dir.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam