Fon yüklənir...

Donald Tramp növbəti dəfə müsəlmanları ABŞ-a buraxmamağa çağırıb

Donald Tramp növbəti dəfə müsəlmanları ABŞ-a buraxmamağa çağırıb

Bakı. 13 iyun. / "Orlandoda baş verənlər başlanğıcdır. Bizim rəhbərliyimiz isə zəif və qeyri-effektivdir. Mən bundan əvvəl də bu haqda bəyanat vermişdim. Biz sərt olmalıyıq".

"Report"un məlumatına görə, bu haqda ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.

Donald Tramp bununla ikinci dəfə müsəlmanları ABŞ-a buraxmamağa çağırıb.

Xatırladaq ki, ötən gün ABŞ-ın Florida ştatının Orlando şəhərindəki "Pulse" barında terror hadisəsi baş verib. Belə ki, Florida sakini Ömər Martin gecə klubundakı ziyarətçilərə atəş açıb. Nəticədə 50 nəfər ölüb, 53 nəfər xəsarət alıb. 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam