Fon yüklənir...

Penitensiar xidmətin yeni rəisi təqdim olundu - Sərəncam isə yoxdur

Penitensiar xidmətin yeni rəisi təqdim olundu -   Sərəncam isə yoxdur

Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə rəis təyin olunması xəbəri yayılan Ceyhun Həsənov bu gün kollektivə təqdim olunub.

Qaynarinfo.az xəbər verir ki, yeni rəisi kollektivə ədliyyə naziri Fikrət Məmmədov təqdim edib.

C. Həsənov artıq kollektivə təqdim olunsa da, onunrəis təyinatıyla bağlı prezidentin müvafiq sərəncamı hələ də yayılmayıb. 

Məlumat üçün bildirək ki, Pentisiar Xidmətin rəisi vəzifəsi təxminən 7 ay idi ki, boş idi. Bəzi məlumatlara görə, bunun səbəbi sözügedən posta iddialıların çoxluğu ilə bağlı olub.

Məlumatlarda bildirilirdi ki, bu post uğrunda 4 nəfər mübarizə aparır: Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov, digər müavin Nizaməddin Cəlilov, Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət müfəttişliyinin rəisi Malik Ələkbərov və Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidov. İddialara görə, İsmayıllının keçmiş polis rəisi Nizami Qocayev də bu posta iddialı olub. 

Qeyd edək ki, C. Həsənov buna qədər Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olub. 

Qaynarinfo.az 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam