Fon yüklənir...

​MDB Hökumət Başçıları Şurasının sammitində 22 məsələyə baxılacaq, 7 sənəd imzalanacaq

​MDB Hökumət Başçıları Şurasının sammitində 22 məsələyə baxılacaq, 7 sənəd imzalanacaq

Bakı. 6 iyun. / 6-7 iyun tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək MDB Hökumət Başçıları Şurasının sammitində 22 məsələyə baxılacaq, 7 sənəd imzalanacaq.

"Report" xəbərinə görə, bu barədə "Azattık"a Qırğızıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Ayımkan Kulukeyeva məlumat verib.

Onun sözlərinə görə, elektroenergetika obyektlərində baş verən qəzalar barədə informasiya mübadiləsi, təhsil sahəsində əməkdaşlıq, radioaktiv mənbələrin köçürülməsi məsələləri üzrə qarşılıqlı informasiya mübadiləsi məsələləri müzakirə olunacaq.

Kulukeyeva əlavə edib ki, imzalanması planlaşdırılan sənədlər arasında aqrobiomüxtəlifliyin qorunub saxlanması haqqında Konvensiya, dövlət satınalmalarının tənzimlənməsi qaydaları və prosedurları haqqında protokol da var.

O bildirib ki, Azərbaycanın iclasda baş nazirin birinci müavini səviyyəsində təmsil olunacağı gözlənilir.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam