Fon yüklənir...
Загрузка...

​Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Загрузка...
​Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

Bakı. 25 may. / Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report” xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə Sizə və Azərbaycanın bütün dost xalqına səmimi təbriklərimi çatdırıram.

Tacikistan Azərbaycan ilə dostluq və çoxtərəfli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri bütün istiqamətlər üzrə möhkəmlətmək və inkişaf etdirmək əzmindədir.

Əmin olduğumu bildirirəm ki, biz ümumi səylərimiz sayəsində ölkələrimiz arasında qarşılıqlı əlaqələrin xalqlarımızın ümdə mənafelərinə uyğun, dinamik inkişafını təmin edəcəyik. Biz bunun üçün zəruri olan hər cür səy göstərmək əzmindəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və yeni uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...