Fon yüklənir...
Загрузка...

​Ermənistanın baş naziri qondarma "Dağlıq Qarabağ Respublikası"nın "tanınması" məsələsinə münasibət bildirib

Загрузка...
​Ermənistanın baş naziri qondarma

Bakı. 11 may. / "Dağlıq Qarabağın tanınması hələ tezdir".

"Report" "sputnikarmenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan deyib.

Məlumata görə, o, mayın 8-9-u tarixlərində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

O.Abramyan Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanıması məsələsindən danışarkən deyib: "Hələ ki buna ehtiyac yoxdur. Vaxtı gələndə Ermənistan onu tanıyacaq".

Qeyd edək ki, mayın 5-də Ermənistan hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsini müzakirə edərək parlamentə göndərib.

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...