Fon yüklənir...

​Sabiq dünya çempionu insanları "Rio-2016"-ya gəlməməyə çağırıb

​Sabiq dünya çempionu insanları

Bakı. 10 may. / Braziliya yığmasının sabiq futbolçusu Rivaldo insanları ölkəsində keçiriləcək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatılmaqdan imtina etməyə çağırıb.

"Report"un məlumatına görə, dünya çempionu bunu ölkəsində təhlükənin olması ilə əlaqələndirib.

Sabiq hücumçu Braziliyanın hazırda insan həyatı üçün təhlükəli olduğunu bildirib: "Braziliyaya gəlməyi və olimpiadanı izləməyi planlaşdıranları evdə qalmağa çağırıram. Burada sizin həyatınız üçün təhlükə var".

Qeyd edək ki, olimpiada 5-21 avqustda keçiriləcək.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam