Fon yüklənir...

SOCAR İranda keçirilən beynəlxalq neft sərgisində iştirak edir

SOCAR İranda keçirilən beynəlxalq neft sərgisində iştirak edir

Bakı. 6 may. / Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İranda keçirilən XXI Beynəlxalq neft, qaz və neft-kimya sərgisində iştirak edir.

"Report" SOCAR-a istinadən xəbər verir ki, sərgidə şirkəti baş ofis, “Neftqazelmitədqiqatlayihə'' İnstitutunun rəhbər şəxsləri və SOCAR-ın bu ölkədəki nümayəndəliyi təmsil edir. 

Builki beynəlxalq sərgiyə 1 000-dən çox yerli şirkət və 40 ölkədən 850 xarici şirkət qoşulub. İranın neft nazirinin müavini, NICO milli neft şirkətinin prezidenti Roknəddin Cavadi mayın 5-də keçirilmiş açılış mərasimində bildirib ki, bu beynəlxalq sərgidə xarici şirkətlərin iştirakı əvvəlki illərlə müqayisədə artıb, bəzi şirkətlər və ölkələr birinci dəfədir bu tədbirə qatılıb. Sərgi mayın 8-ə kimi davam edəcək.

float: left; width: 100%;">
SOCAR İranda keçirilən beynəlxalq neft sərgisində iştirak edir

SOCAR İranda keçirilən beynəlxalq neft sərgisində iştirak edir

SOCAR İranda keçirilən beynəlxalq neft sərgisində iştirak edir

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam