Fon yüklənir...

BMT Rusiya və ABŞ-ı Suriya üzrə sülh danışıqlarını xilas etməyə çağırıb

BMT Rusiya və ABŞ-ı Suriya üzrə sülh danışıqlarını xilas etməyə çağırıb

Bakı. 28 aprel. / BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Rusiya və ABŞ-a müraciət edib. "Report" BBC-yə istinadən xəbər verir ki, o, bu ölkələri Suriya münaqişəsinin sülh yolu ilə həlli üzrə danışıqları xilas etməyə çağırıb.

S.De Misturanın sözlərinə görə, fevral ayından tətbiq edilən atəşkəs çox çətinliklə qorunur. O, barışığın hər an pozula biləcəyini hesab etdiyini açıqlayıb.

Bu baxımdan, diplomat rəsmi Moskva və Vaşinqtona atəşkəs rejimini dəstəkləmək və Suriya danışıqlarını canlandırmaq üçün dərhal "yüksək səviyyədə" hərəkətə keçməyi təklif edib.

Qeyd edək ki, son günlərdə Suriyada hərbi zorakılığın artması müşahidə olunmaqdadır.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam