Fon yüklənir...
Загрузка...

Avropa Komissiyası Türkiyəyə vizasız rejim təklif edə bilər

Загрузка...
Avropa Komissiyası Türkiyəyə vizasız rejim təklif edə bilər

Bakı. 20 aprel. / Avropa Komissiyası (AK) mayın 4-də Türkiyəyə vizasız rejim təklif edə bilər. Bunun üçün isə qardaş ölkə göstərilən vaxta qədər bütün şərtləri yerinə yetirməlidir.

"Report" xəbər verir ki, bu barədə AK-nın bu gün Brüsseldə açıqlanmış bəyanatında deyilir.

"Avropa Komissiyası Türkiyə üçün viza liberallaşdırılmasında tərəqqi üzrə üçüncü hesabatını mayın 4-də təqdim edəcək. Türkiyə qalan şərtləri də yerinə yetirməklə bağlı üzərinə götürdüyü öhdəlikləri həll edə bilsə, hesabat Türkiyəyə vizasız rejim tətbiqi haqqında qanunun təklifi ilə müşayiət olunacaq", - deyə bəyanatda qeyd olunub.

Загрузка...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...