Fon yüklənir...

​Bakıda maşın dirəyə çırpılıb, sürücü ölüb

​Bakıda maşın dirəyə çırpılıb, sürücü ölüb

Bakı. 15 aprel. / Bu gün səhər saat 5 radələrində Bakının Qaradağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, bu barədə qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Qəza “VAZ” markalı minik avtomobilinin dairəyə çırpılması nəticəsində baş verib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub, avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1992-ci il təvəllüdlü Vüsal Aslan oğlu Cəbrayılzadənin cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam