Fon yüklənir...
Загрузка...

​Neft-qaz sektorunda qazma qurğularının sayı 7 illik minimuma enib

Загрузка...
​Neft-qaz sektorunda qazma qurğularının sayı 7 illik minimuma enib

Bakı. 8 aprel. / Dünya üzrə neft-qaz qazma qurğularının sayı rekord sayda azalaraq 2015-ci ilin yekununda aylıq ortalama olaraq 2 337 ədəd təşkil edib ki, bu da 2009-cu ildən etibarən ən minimal göstəricidir. "Report" xəbər verir ki, 2014-cü ildə bu göstərici 3 578 ədəd olub və 1985-ci ildən etibarən ən maksimal hədd təşkil edib. Hesabat "Schlumberger" və "Halliburton"dan sonra dünyanın 3-cü nəhəng neft-qaz xidmət şirkəti - "Baker Hughes" tərəfindən açıqlanıb. Qeyd edək ki, "Baker Hughes" 90-dan çox ölkədə fəaliyyət göstərir və 1944-cü ildən ABŞ-da, 1975-ci ildən isə dünyada neft-qaz qazma qurğuları üzrə hesabatlar hazırlayır.

Hesabata əsasən, bu ilin mart ayında ABŞ-da neft-qaz qazma qurğularının sayı 54 ədəd və ya 10,5% azalaraq 458-ə enib və 1975-ci ildən ən minimal həddə düşüb. Həmin ay dünya üzrə neft-qaz qazma qurğularının sayı 1 551 ədəd olub ki, bu da 1999-cu ilin sentyabrından etibarən ən aşağı göstəricidir. Martda bu göstəricisi fevrala nisbətən 210 ədəd və ya 11,9%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 1 006 ədəd və ya 39,3% azalıb.

"Baker Hughes"in hesabatına görə, neft-qaz qazma qurğuları Avropa, Yaxın Şərq, Latın Amerikası və Afrikada azalıb, Asiya-Sakit Okean bölgəsində isə 1 ədəd artıb və 183-ə çatıb.

"Report"un analitik qrupu hesab edir ki, neft-qaz qazma qurğularının sayının dünya üzrə azalması ilin ikinci yarısında neft bazarında təklifi azaldacaq və artıq neftin qiymətində bu, özünü göstərir: "ABŞ-da bu həftə açıqlanan neft ehtiyatları göstəricisi 4 mln. bareldən çox azalıb və neft qiymətlərinə müsbət təsir edib. Neft qiymətləri son böhrandakı 27,10 dollar/barel səviyyəsindəki minimal həddindən 48% yüksələrək 40 dolları keçib. Qiymətlərin 50 dollar/barelə qədər artması ehtimal edilir".

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...
Загрузка...