Fon yüklənir...

Müdafiə naziri: "Gürcüstan daim Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını dəstəkləyir"

Müdafiə naziri:

Bakı. 4 aprel. / Aprelin 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam