Fon yüklənir...
Загрузка...

“Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb

Загрузка...
“Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb

Bakı. 1 aprel. / Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi və ümumi redaktəsi ilə “Azərbaycanın təbiət və memarlıq möcüzələri” kitab-albomu çapdan çıxıb.

Bu barədə "Report"a AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kitab-albomu Coğrafiya İnstitutu və Memarlıq və İncəsənət İnstitutu hazırlayıb. Əsas icraçılar - Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadə, coğrafiya üzrə fəlsəfə doktorları, dosent S.Ə.Tarixazər və E.C.Kərimova, AMEA Geologiya və Geofizika İnstitutunun professoru, geologiya-mineralogiya üzrə elmlər doktoru, T.N. Kəngərli, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları – m.e.f.d.,dosent R.Ş.Əliyeva, E.N.Əliyev, T.N.İsayeva, N.A.Zeynalovdur.

400-dən artıq foto-şəkil, açıqlama və turistik məlumatlardan ibarət kitab-albom AMEA-nın 70 illiyi münasibətilə hazırlanıb və 500 tirajla nəşr olunub. Həcmi 337 səhifədən ibarət kitab-alboma akademik A.Əlizadə ön sözlər yazıb.

Azərbaycanın füsunkar gözəlliklərini – əsrarəngiz təbiət mənzərələrini və onlarla ahəngdarlıq yaradan memarlıq incilərini özündə əks etdirən bu nəşrdə Azərbaycanın təbii-coğrafi bölgələri – Böyük Qafqaz, Kür-Araz, Kiçik Qafqaz, Lənkəran və Naxçıvanın təbii möcüzələri ayrıca fəsillərdə oxuculara təqdim edilir.

Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...