Fon yüklənir...

"Neftçi"nin futbolçusu Vəli Qasımova əsəbləşdi: "Belə baş məşçi olar?"


"Neftçi"də qalmaqallar və söz-söhbətlər bir-birini əvəzləyir. Sport7.az xəbər verir ki, bu dəfə Məhəmməd Qurbanov Vəli Qasımovun qəzəbinə tuş gəlib. Hadisə "Kəpəz"lə matçdan sonra yaşanıb. Yayda "Sumqayıt"dan transfer edilən hücumçu ikinci hissənin gedişində baş məşqçidən oyuna daxil olmaq tapşırığı alıb.
 
İsinmə hərəkətlərindən sonra dördüncü hakimə yaxınlaşan Qurbanov Anyetini gözləyib. Di gəl, ispaniyalı hücumçu baş məşqçinin əvəzlənmə qərarına məhəl qoymayıb: "Mən axıradək oynamaq istəyirəm. Meydandançadan çıxmayacam".

Dediyi kimi də olub. Vəziyyəti belə görən Qurbanov məşq formasını yerə çırpıb. Qasımova bu haqda sual veriləndə "Onun hərəkətini görmədim. Belə bir şey olubsa, müəyyən tədbirlər görəcəyik" demişdi.
 
Məhəmməd paltardəyişmə otağında da sakit qalmayıb. Hirsindən yerə-göyə sığmayan forvard Qasımovun ünvanına "Belə baş məşqçi olar? Bir futbolçunu əvəzləyə bilmir" ifadəsini işlədib.

(sportinfo.az) 

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam