Fon yüklənir...
Загрузка...

DİN-dən Lənkərandakı aksiya ilə bağlı AÇIQLAMA

Загрузка...
DİN-dən Lənkərandakı aksiya ilə bağlı   AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) bu gün Lənkəran sakinlərinin etiraz aksiyası keçirmələri barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, bu gün Lənkəran şəhərində saat 15:00 radələrində 25-30 nəfər razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

“Lakin Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları bu qanunsuz cəhdin qarşısını dərhal alıblar. Onların aksiya keçirməyə cəhd göstərməsinin səbəbi həmin əraziyə yeni işıqforun quraşdırılması tələbi olub. Polis əməkdaşlarının sakinlərlə apardığı izahedici söhbətdən sonra onlar dağılışıblar. Bununla belə, şəhər sakinlərinin yeni işıqforun quraşdırılması ilə bağlı müraciətləri araşdırılır və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”, - deyə o vurğulayıb.

E. Zahidov həmçinin qeyd edib ki, aksiyada 200 nəfərin iştirak etməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: “Çünki yalnız 25-30 nəfər sakin aksiyaya cəhd edib. Baş verən hadisə ilə bağlı saxlanılan yoxdur”.

Lənkərandakı aksiya ilə bağlı xəbəri aşağıdakı linkdən oxuyun...


Joy.az
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...