Fon yüklənir...
Загрузка...

Brüsseldə terror törədən şəxsin “vəsiyyətnaməsi” tapıldı: “Qorxuram...”

Загрузка...
Brüsseldə terror törədən şəxsin “vəsiyyətnaməsi” tapıldı:   “Qorxuram...”

Belçika polisi dünən Brüssel aeroportunda partlayış törədən üç terrorçunun şəxsiyyətini müəyyən edib. 

Hazırda xüsusi xidmət orqanları paytaxtın müxtəlif rayonlarında reydlər keçirir. 

Səhər belə məlumat yayılmışdı ki, guya terrorçuların əsas ortağı Nacim Laxraui Brüssel kvartallarının birində - Anderlextdə saxlanılıb. Ancaq sonra bəlli oldu ki, saxlanılan həmin şəxs deyil.

Belçika xüsusi xidmət orqanları dünənki terror aktlarının iki iştirakçısını axtarır. Polis reyd zamanı terrorçulardan birinin kompüterini və 15 kq partlayıcı aşkarlayıb. Kompüterdə o, özünəməxsus “vəsiyyətnamə” saxlayıb. 

Terrorçu yazıb ki, “yorulub, əldən düşüb və özünü təhlükəsizlikdə hiss eləmir və dəmir barmaqlıqlar arxasına düşməkdən qorxur”.


Joy.az

Загрузка...
loading...
Загрузка...