Fon yüklənir...
Загрузка...

İranda Novruz tətilində yol qəzalarında 169 nəfər ölüb

Загрузка...
İranda Novruz tətilində yol qəzalarında 169 nəfər ölüb

Novruz tətilində İranda avtomobil qəzalarında ölənlərin sayı açıqlanıb. Apa-nın Tehran bürosunun məlumatına görə,  Novruz bayramı tətilləri başlandığı gündən indiyədək yollarda avtomobil qəzalarında 169 nəfər həyatını itirib ki, bu isə orta hesabla saatda bir nəfərin ölməsi deməkdir.

Yağıntılar nəticəsində yolların sürüşkən olması avtomobil qəzaları qurbanlarının sayını çoxaldıb. Novruz tətilləri başlandığı ilk gündən İranın əksər bölgələrinə yağış və qar yağıb və hələ də yağmaqda davam edir.

İran Yol Polisinin məlumatına görə, avtomobil qəzalarının 22 faizi yolların sürüşkən olması nəticəsində baş verib. Novruz bayramı tətilinin sonuna qədər yol qəzalarında ölənlərin sayının daha çox olacağı proqnozlaşdırılır.

Ötən il Novruz bayramı tətillərində 968 nəfər həyatını itirib.

Joy.az

Загрузка...
loading...
Загрузка...