Fon yüklənir...
Загрузка...

Miqrantlar pulsuz yeməyi zibilliyə atırlar?

Загрузка...
Miqrantlar pulsuz yeməyi zibilliyə atırlar?

Yunanıstanın Müdafiə Nazirliyinin yerləşdirmə mərkəzlərində payladığı ərzağı bəzi miqrantlar zibilliyə atırlar.

Milli.Az RİA Novosti-yə istiadən bildirir ki, bu xəbəri onlarissa.gr saytı yayıb. Sayt vurğulayıb ki, zübillikdə yüzlərlə yemək payı var. 

"Hərbi hava qüvvələrinin arxa cəbhə xidmətləri əl dəyilməməiş yeməklərin onlara qaytarılmasını görəndə xeyli təəccüblənib. Larisdəki Roka və Kutsohero mərkəzlərindəki miqrantlar qiyməli makaronları yeməkdən imtina ediblər. Çünki hesab ediblər ki, donuz ətindən hazırlanıb. Onlara bunun belə olmadığı deyilsə də, ərzağın böyük qismi zibilliyə atılıb", - sayt yazır. 

Bu, birinci hal deyil, bir neçə gün əvvəl qaçqınlar mərciməkli xörəkləri də geri qaytarıblar, səbəb - sevmirlər. 

Nəticədə Kutsoheroda hökumət qaçqınların qidalanması üçün bufet açıb. 

Hərbi hava qüvvələri menyunun qaçqınların adət etdikləri qidalara uyğunlaşdırılmasına çalışırlar, amma son nəticədə bunun səmərəli olmadığı məlum olur. 

Başqa bir tərəfdən isə gündəlik yemək paylarının sayı həndəsi silsilə ilə artır: çərşənbə axşamı 1700-ə çatıb, - sayt yazır. 

Qırmızı Xaç cəmiyyətinin nümayəndələri isə bəzi qaçqınların tibbi yardımdan imtina etdiklərini, hətta həkimlərlə ünsiyyətə girmək istəmədiklərini deyiblər. 

Eyni zamanda yunanlar ölkələrində çox insanın aclıq çəkdiyi halda qaçqınların onların qonaqpərvərliyinə belə nankor münasibət bəsləməyindən narazıdırlar. Bu günlərdə İdomenidə narazılığın artması səbəbindən həkimlər və QHT üzvləri düşərgəni tərk ediblər. 

Bu günə olan məlumata görə, Yunanıstanda 49085 miqrant var. Ötən sutka ərzində Türkiyə sahillərindən yunan adalarına 260 nəfər gəlib. 

İki gün əvvəl isə Yunanıstanda qaçqınların sayı 50411 nəfər idi. 

Joy.az

Загрузка...
loading...
Загрузка...